"Keçmiş həyat yoldaşımın və qızımın xətrinə dəyməmək üçün..."

Məşhur rejissor Aqil M. Quliyev ilk dəfə 23 yaşlı qızı Sima haqda danışıb.
Musavat.com xəbər verir ki, "ATV maqazin 10larla" proqramına açıqlama verən rejissor bildirib ki, artıq 1 ildir ki, qızı ilə münasibət qurub:

"Keçən il qızım Moskvada Energetika Universitetini bitirib. "Qırmızı diplom"la bitirməsi universitetdə aspirant olaraq qalmağa ona kömək etdi. Oxuyan, xarakteri möhkəm olan şəxsiyyətdir. Biz uzun illər ünsiyyətdə olmamışıq, ona görə də qızım haqda heç vaxt danışmırdım. Keçmiş həyat yoldaşımın və qızımın xətrinə dəyməmək üçün, onların mənsiz əziyyətini yerə vurmamaq üçün efirlərdə bu mövzuda danışmamışam. Keçmiş həyat yoldaşım qızımı tək böyüdüb, qızımın üzərində əziyyətim olmayıb. Bəlkə də, qızım haqda danışmağa haqqım yoxdur. Bir il olar ki, ünsiyyətimiz var. Ağır təbiətli insandır. Məndən çox anasına oxşayır".

Milli.Az

Длительность: 2:00 Просмотров: 7.9K Добавлено: 8 лет назад
Тэги: məşhur rejissor
Пожаловаться

Похожие видео