Sloveniyada 70 avtomobil toqquşdu: 4 ölü, 30 yaralı

327 Просмотров

Добавлено: 31.01.2016
Категории: Разное

Şənbə günü Sloveniyanın qərb hissəsində yük maşınları və avtobuslar daxil olmaqla onlarla maşının iştirakı ilə baş verən qəzada ən azı 4 nəfər həyatını itirib. Milli.Az "Report"a istinadən xəbər verir ki, iri miqyaslı yol qəzası nəticəsində 30 nəfər yaralanıb. Ölənlərin sayı dəqiqləşdirilir, çünki çoxlu sayda insan hələ də maşınların arasında sıxılmış vəziyyətdə qalmaqdadır. İlkin məlumatlara görə, paytaxt Lyublyananı Adriatik dənizi sahilləri ilə birləşdirən yolda baş verən qəzaya səbəb qatı duman olub. Milli.Az