Şəmkir sakini iş yerindən oğurluq edib

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistralının Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində rayon sakini Hüseyn Salmanova məxsus mebel mağazasında oğurluq hadisəsi baş verib. Zərərçəkənin polisə verdiyi məlumata görə, oğurluq edən şəxs pəncərədən içəri daxil olaraq mağazadan 652 manat nağd pul oğurlayıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun mebel mağazasının işçisi Rüstəm Abbasov tərəfindən törədildiyi müəyən edilib. Abbasov polis tərəfindən saxlanılıb. O, ilkin dindirilmə zamanı cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Длительность: 0:38 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: oğurluq oğru cinayət
Пожаловаться

Похожие видео