Azərbaycanlı ailəyə od vuran rus tutuldu

Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlı ailəsinə qarşı qəddar cinayət törədən kollektor haqda 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə Ulyanovsk şəhərinin Lenin rayon məhkəməsi qərar verib.

Dindirmə zamanı 45 yaşlı Dmitri.E öz günahını inkar edib. Onun sözlərinə görə, az qala ikiyaşlı uşağın ölümünə səbəb olacaq yanğını o törətməyib. Onun geyimində aşkar edilmiş yanğın izləri heç də kriminal hadisəylə bağlı deyil.

"Mən keçmiş arvadıma və onun anasına təsərrüfat işlərində kömək edirəm. Yanvarın 24-də qar təmizləyən texnikanı yağla və bir gün əvvəl alınmış benzinlə dolduraraq qarı təmizlədim. Bu zaman istintaqın dünən məndən aldığı gödəkcə və idman şalvarını geyinmişdim", - deyə təqsirləndirilən bildirib.

Длительность: 2:21 Просмотров: 4.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: ailə faciə cinayət
Пожаловаться

Похожие видео