Azərbaycanda dəhşətli qəza - nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı

8814 Просмотров

Добавлено: 30.01.2016
Категории: Разное

Ağdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib Milli.Az bildirir ki, hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Belə ki, nişandan qayıdan maşın karvanındakı öndə hərəkət "Dodge" markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub. Bundan sonra müvazinəti itirən arxadan gələn "VAZ-21015" markalı avtomobil də onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri - Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, 5 nəfərin də vəziyyəti ağırdır və ölənlərin siyahısında artım olacağı gözlənilir. Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.