Nardaranda avtomobildən 6 ədəd partlayıcı aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib.

Milli.Az report-a istinadən bildirir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.

Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus "VAZ- 21014" markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.
Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış "molotov kokteyli" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Длительность: 0:29 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: cinayət
Пожаловаться

Похожие видео