Bəs donuz saxlayan neyləsin?

KANAL (REGİON TV) xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsində əhalinin əsas məşğuliyyət sahələrindən biri donuzçuluqdur. Qəsəbədə ümumilikdə 1500 başa yaxın donuz saxlanılır. Əvvəllər əhali bu heyvanları açıq şəraitdə saxlayırdı. 2008-ci ildə isə kənddə xəstəlik yayıldıqdan sonra bütün donuzlar məhv edildi. Son bir neçə il ərzində bu təsərrüfat yenidən dirçəlməyə başladı, ancaq bu dəfə başqa şərtlar altında...

Qəbələnin Nic qəsəbəsində donuzçuluq üç il əvvəl bərpa edilib. Bu heyvanların yoluxucu xəstəliklərə meylli olması isə ehtiyat tədbirlərin görülməsini zəruri edir. Hazırda burada donuzçuluq təsərrüfatları baytar həkimlərin birbaşa nəzarəti altında fəaliyyətini davam etdirir. Ancaq qonşu ölkələrdə donuz qripinin yayılmasından sonra bu kənddə profilaktik tədbirlərə start verilib. Donuzçuluq təsərrüfatlarında mütəmadi reydlər keçirilir və sahibkarlar maarifləndirilir. Sahibkarlara donuzların saxlanılması, qulluq qaydaları izah olunur, bu qaydalara ciddi riayət olunması barədə xəbərdarlıqlar edilir. Fermerlər də hazırda bu heyvanların qapalı şəraitdə saxlanıldığını bildirirlər.

Длительность: 1:28 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: donuzçuluq donuz
Пожаловаться

Похожие видео