Polis dilənçinin körpəsinin üzünü açdı...

1017 Просмотров

Добавлено: 29.01.2016
Категории: Разное
Тэги: polis , dilənçi , körpə

Adətən yol kənarında, avtobuslarda, metro çıxışlarında dilənçilik edən şəxslərin insanların hisslərinə toxuna bilmək üçün qucaqlarında körpə də olur. Türkiyədə bu cür vəziyyətdə dilənən qadını görənlər ona acıyaraq pul verirdilər. Ancaq fırıldağı polislər tərəfindən ifşa olunana qədər... Milli.Az atv.az-a istinadən bildirir ki, hadisə İstanbul şəhərində baş verib. Pilləkənlərin üzərində qucağındakı uşaqla oturan qadın ötüb keçənlərdən maddi kömək istəyir. Hadisəni kənardan izləyən polislər dilənçiyə yaxınlaşaraq, körpənin üzünü göstərməyi xahiş edirlər. Lakin qadının inad etdiyini gördükdə özləri uşağın üzünə baxmağa qərar verirlər. Elə bu zaman məlum olur ki, dilənçinin körpə adıyla qucağında gəzdirdiyi oyuncaq imiş. Fırıldağının üstü açılan qadının yalvarışlarına baxmayaraq, polislər onu bölməyə aparır.