Bakıda çörəyi "sudan çıxan"lar

Onlara çörəyi ''sudan çıxan'' da demək olar. Söhbət yayı-qışı soyuq su ilə avtomobil yuyan avtoyuma məntəqəsinin işçilərindən gedir. Gecə əməkdaşlarımız paytaxtda səhərə qədər işləyən ən ucuz avtoyuma məntəqələrindən birində olublar.
Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, bu avtoyuma məntəqəsini digərlərindən fərqləndirən həm qiyməti, həm də səhərə qədər işləməsidir.

Biri avtomobilin kənarını yuyur, digəri isə içini təmizləyir. Təxminən 20-25 dəqiqə müddətdə avtomobil təmizlənərək sahibinə təhvil verilir. Gecə yarısı da olsa bir avtomobilin yuyulub təmizlənməsi gündüz olduğu kimi 3 manata başa gəlir.

Длительность: 2:01 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео