Kim haqlıdır: parkomat nəzarətçiləri, yoxsa sürücülər?

Dəfələrlə parkomatlarla bağlı müəyyən problemlərin yaşanması haqqında xəbərlər təqdim etmişik. İndi isə daha bir mübahisəli məsələ gündəmə gəlib. Bəzi sürücülər deyir ki, parkomata ödəniş etdikdən sonra əraziyə daxil olanda və uzaqlaşanda nəzarətçilərin hərəkəti tənzimləməyə yardım etmirlər. Nəzarətçilər isə bununla razılaşmırlar. Bəs əslində parkomat nəzarətçilərinin davranış qaydaları necə olmalıdır?

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, sürücülərlə parkomat nəzarətçiləri arasında bir sıra hallarda anlaşılmazlıq yaşanır. Əsas səbəb parkomat nəzarətçilərinin davranışlarıdır.

Sürücülərin iddialarına görə, parklanma ərazisinə avtomobil daxil olanda və ya oradan uzaqlaşanda nəzarətçilər biganə davranırlar. Onlar sürücülərə ərazidən rahat uzaqlaşmağa kömək etmirlər. Yəni avtomobillərin hərəkətini tənzimləmirlər.

Parkomat nəzarətçiləri isə sürücülərin əksini deyirlər. Onların sözlərinə görə, həmişə sürücülərə yardım edirlər.

Длительность: 1:55 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: sürücü parkomat
Пожаловаться

Похожие видео