Neftin qəfildən 36 dollara qalxmasının səbəbi

946 Просмотров

Добавлено: 29.01.2016
Категории: Разное
Тэги: neft , dollar

Rusiya OPEC-lə neft hasilatını aşağı salmağa dair danışıqlar apara bilər. Ölkənin enerji naziri Aleksandr Novak bu barədə məlumat verib. Bu xəbərdən dərhal sonra neft bahalaşmağa başlayıb. Hətta Brent markalı neftin qiyməti qısa müddətə 36 dollara çatıb. Güman olunur ki, Rusiya bu sövdələşməyə gedə bilər. Çünki ölkədə iqtisadi vəziyyət gərginləşir. Neftin qiyməti 20 dollara düşərsə, Rusiyada hasil olunan "qara qızıl" ümumiyyətlə rentabelli olmayacaq. Rusiyalı ekspertlərin apardığı müzakirələr zamanı bu fikir səslənib.