Gömrük nəzarəti sadələşdiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə gömrük prosedurlarını sadələşdirmək üçün ortaq mexanizm yaradacaqlar.

Bu mexanizmin əsas məqsədi yüklərin daşınmasını sürətləndirməkdir. Əsasən də Bakı-Tiflis-Qars dəmiryolu işə düşdükdən sonra daşımalarda bu yeniliyin faydası hiss olacaq.

Milli.Az anspress-ə istinadən bildirir ki, məsələ Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfəkçinin Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə görüşündə müzakirə olunub.

Türk nazir deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük orqanlarının iştirakı ilə elektron gömrük mexanizmi tətbiq olunacaq.

Длительность: 1:15 Просмотров: 1.5K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео