Toy şəklinin üstünə bıçaq, evin girişinə 2 qədəh qoyub, toy kasetini oğurladılar

1813 Просмотров

Добавлено: 28.01.2016
Категории: Разное
Тэги: bıçaq , toy kaseti , cinayət

Qəribə, müəmmalı cinayətlər Ağcabədi sakinlərini qorxuya salıb. Ağcabədinin Taxtakörpü qəsəbəsində salınan Laçın obalarının Qarakeçdi yatağında maşın yanıb. “Mersedes-Bens” markalı avtomobilin sahibi Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyev bu hadisənin ikinci dəfə təkrarlandığını iddia edir. Bir neçə il əvvəl texniki ekspertiza nəticəsində maşının akkumulyator və elektrik sisteminin nasazlığı səbəbindən yandığı bildirilib. Bu rəylə razılaşmayan Xanəli Verdiyev hər axşam ehtiyat üçün akkumulyatorun tutqaclarını ayırdığını bildirir.