Bakıda sərxoş taksi sürücüsü saxlanıldı

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də sərxoş halda sükan arxasında əyləşən sürücülər var. Bunu deməyə, Bakıda yol polisinin saxladığı sərxoş sürücü əsas verir. Ən dəhşətlisi isə, həmin şəxsin taksi sürücüsü olmasıdır.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol polis idarəsinin əməkdaşları paytaxtın Sabunçu rayonu ərazisində avtomobili ''uzaq vuran'' işıqlarla idarə edən sürücüyə saxla əmri verib. Sürücü əvvəlcə qaçmaq istəyib. Sonradan polisə tabe olub. Yol polisi taksi sürücüsü Müşfiq Novruzova yaxınlaşıb onun sərxoşluğunu yoxlayıb.

Müayinə zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Sürücü özü də sərxoşluğunu etraf edərək, bir daha sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyinə söz verib.
Əməlindən peşman olan sürücünün avtomobili polis tərəfindən müvəqqəti dayanacağa aparılıb, sürücü barəsində isə protokol tərtib edilib.

Milli.Az

Длительность: 0:38 Просмотров: 2.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео