Bakı məktəblərində şagird sıxlığı yaşanır

Paytaxtdakı bəzi məktəblərdə bir sinifdə 35-40-dan çox uşaq təhsil alır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, uşaqların bu qədər çox olması onlarin həm təhsilinə, həm də səhhətinə mənfi təsir göstərir.

30, 40, hətta 45. Paytaxt Bakıdakı bəzi məktəblərdə sinifdəki şagirdlərin sayı həddindən artıq çoxdur.

Nazirlər Kabinetinin təsdiq etdiyi normativlərdə, siniflərdə şagirdlərin sayı ilə bağlı dəqiq rəqəmlər göstərilib.

Ancaq bir çox məktəblərdə nəinki bu hədd gözlənilir, əksinə balans kəskin şəkildə pozulur. Qaydaya əsasən, şagird sıxlığı olduqda, siniflərin sayı artırılmalıdır . Bu edilmədiyi təqdirdə isə uşaqların sağlamlığında bir çox problemlər yaranır.

Təhsil Nazirliyinin məsləhətçisi Afət Süleymanova isə bəzi məktəblərdə belə faktın olduğunu təsdiqləyir. Valideynlər uşağın sağlamlığını fikirləşmək əvəzinə, ya məktəbin yaxınlığını, ya da müəllimin peşəkar olmağını əsas tutaraq uşaqları belə təhsil mərkəzlərinə göndərir.

Milli.Az

Длительность: 1:53 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: məktəb şagird
Пожаловаться

Похожие видео