Belə yol nişanları sürücüləri çaşdırır

Adətən qarlı havalarda yol nişanlarının və onların üzərindəki rəqəm və işarələrin görünməsində problemlər yaranır. Belə ki, nişanların üzəri qarla örtüldüyündən sürücülər yolda çaş-baş qalırlar. Bəs üzəri qarla örtülmüş nişanın tələbini pozan sürücü cərimələnə bilərmi?

Yolda nişan var, ancaq üzərində nə yazıldığını görmək olmur.

Sürücülər bu vəziyyətdə çaş-baş qalırlar.

Görüntülər Bakı-Sumqayıt yolu və paytaxtın Yasamal rayonu Mətbuat prospektindəndir. Qarlı hava səbəbindən yol nişanlarının görünməsində çətinlik yaranıb. Bəzi nişanların qarla örtülməsi müxtəlif qayda pozuntularına və qəzalara səbəb olur.

Milli.Az xəbər verir ki, Dövlət Yol Polis İdarəsinin ''Siqnal'' İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi Məhəmməd Məmmədov məsələ ilə bağlı "Xəzərə Xəbər"ə bildirdi ki, yollarda mövcud olan nişanların təmizlənməsi üçün onlarda kifayət qədər işçi yoxdur. Ona görə də həmin nişanlar qar əridikdən sonra özü təmizlənəcək.

Ekspert Ərşad Hüseynov isə deyir ki, sürücülər ilk növbədə qarlı və çovğunlı havalarda sürət həddinə xüsusi fikir verməlidirlər. Bəs nişanlar aydın şəkildə görünmədikdə sürücülər qayda pozuntularına görə cərimə oluna bilərlərmi?

Çünki Yol Hərəkəti Haqqında qanunun 61-ci maddəsinə əsasən, nişan ən azı 100 metr məsafədən aydın şəkildə görünməlidir.

Milli.Az

Длительность: 2:07 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео