Çöpçü, yoxsa həkim?! - 1

Qusma... İshal... Halsızlıq... Yüksək temperatur... Bu kimi halları övladında müşahidə edən valideynlərin bəziləri nədənsə çarəni həkimdə yox, çox vaxt el arasında çöpçü kimi tanınan şəxslərdə axtarır.

Milli.Az xəbər verir ki, TTV-nin (Region TV) əməkdaşı bu qeyri-adi bacarıq sahibləri ilə həmsöhbət oldub: "Söhbət əsnasında öyrəndik ki, çöpçülər heç də həmişə onlara üz tutan valideynlər üçün ümid işığı yandıra bilmirlər. Necə deyərlər, elə vəziyyətlər yaranır ki, özləri də çarəsiz qalırlar.

Həkimlər isə vəziyyətin ciddi olduğunu deyirlər və valideynləri diqqətli olmağa çağırırlar. Bu təhlükə gecikmiş ishal hallarında da mövcuddur. Unutmayın ki, müraciət üçün yanlış ünvanın seçilməsi vaxt itkisinə gətirib çıxarır. Bu da sonda həyat üçün təhlükə yaradır. Belə "peşə sahibləri"nə müraciət etməkdənsə müasir texnikaların yer aldığı xəstəxanalara üz tutaq. Bu çağırışımızı əsaslandırmaq üçün çəkiliş zamanı kameramızın obyektivindən yayınmayan bir faktı sizə şərhsiz olaraq təqdim edirik".

Длительность: 2:55 Просмотров: 5.3K Добавлено: 8 лет назад
Тэги: Çöpçü həkim
Пожаловаться

Похожие видео