Buzlu yolda necə yeriməli?

TTV (Region TV) xəbər verir ki, adətən qarlı hava şəraiti ilə əlaqədar yollarda piyadaların yıxılıb zədə alması hallarına tez-tez rast gəlinir. Bəs bu vəziyyətlərdə hansı tədbirlərə əməl edilməlidir? Sıradakı sujetimizdə bu barədə ətraflı söhbət açılır.

Qarlı hava şəraiti təkcə nəqliyyat vasitələri üçün deyil, piyadaların da hərəkətinə ciddi maneələr yaradır. Bu zaman ehtiyatlı olmaq, təhlükəsizlik tədbirlərinə ciddi əməl etmək lazımdır ki, sürüşüb yıxılmayasız. Qarlı-şaxtalı havada sürüşüb yıxılaraq xəsarət alanlar da az olmur. Elə bu səbəbdəndir ki, adi günlərə nisbətən belə vaxtlarda təcili tibbi yardıma müraciət edənlərin sayı çox olur. Həkimlər piyadaları diqqətli olmağa çağırır. Həmçinin yolda yeriyərkən çalışın əlləriniz cibinizdə olmasın! Yaşlı insanların belə vəziyyətlərdə çəlikdən istifadə etmələri tövsiyə olunur. Unutmayın ki, qış hələ qabaqdadır.

Длительность: 1:39 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: buzlu yol
Пожаловаться

Похожие видео