Qar 75 kəndi işıqsız qoydu

Ötən gecə bölgələrdə yagan qar fəsadlara yol açib. Lerikdə 60, Zaqatalada 15 kənd qar səbəbindən işıqsız qalıb. Günün ikinci yarısında yaranan problem hər iki rayonda qismən aradan qaldırlılıb. Ağsu dolaylarında isə yollar buz bağladığından hərəkət çətinləşib.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, aidiyyatı qurumlar fəsadların aradan qaldırılmsı üçün gücləndirilmiş rejimdə işləyir. Qəza briqadaları enerji təminatını bərpa etmək üçün həmin yaşayış məntəqələrinə cəlb olunub. Qırılan xəttlərin bir hissəsi təmir olunub.

Lerik yol istismar idarəsinin texnikaları isə buz tutmuş yollarda hərəkətin bərpasında işlədilir.

Zaqatalada qarın hündürlüyü 35-40 sm-ə çatıb. Qara görə rayonda elektrik enerjisinin verilməsində problemlər yaranib. 14 kənddə və şəhərin bəzi əraziləri işqısız qalıb. Qarın ağırlığına tab gətirməyən ağaclar elektrik xəttlərinin üzərinə aşıb.

3-cü Tala kəndində isə rabitə xətləri qirilıb.

Agsu dolaylarında isə gündüz də qar yağmağa davam edib. Buzlanma ehtimalına görə yol sürücülər üçün təhlükəli sayılır.

Dolaylarda yola 2 saylı yol istismar idarəsinin əməkdaşları nəzarət edir.

Milli.Az

Длительность: 2:28 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео