Sürüşmə zonaları aktivləşib

Son vaxtlar paytaxtdakı sürüşmə zonalarında müəyyən aktivlik müşahidə olunur. Yağıntıların artması ilə risklər artır və təhlükə böyüyür.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, yağıntıların çoxalması sürüşmə zonalarında təhlükə yaradıb. Zığ sürüşmə ərazisində aktivlik xeyli artıb. Nəticədə ərazidə yerləşən fərdi evlər və binalarda çatlar əmələ gəlib. Hətta qoruyucu bəndlər belə yarasız vəziyyətə düşüb.

Suraxanı rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, riskin yüksək olduğu fərdi evlərin sakinləri kirayə evlərə köçürülüb. Binalara gəldikdə isə onlarla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılıb və qərar gözlənilir.

Mütəxəssislərin isə sürüşmə zonaları ilə bağlı proqnozları nikbin deyil.

Analoji vəziyyət elə Masazır ərazisində qeydə alınıb. Burdakı sürüşmə sahələrinin dinamikasında da aktivlik müşahidə olunub.
Milli.Az

Длительность: 1:47 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео