Qiymət də düşdü, çəki də?

518 Просмотров

Добавлено: 26.01.2016
Категории: Разное
Тэги: qiymət , çəki , çörək

KANAL S (REGİON TV) xəbər verir ki, ölkədə yaşanan devalvasiyadan sonra bir çox sahədə olduğu kimi, çörək və digər un məmulatlarının da qiymətində süni bahalaşma qeydə alınmışdı. Bir çox halda bu bahalaşma çörəyin çəkisinin azalması formasında müşahidə edilirdi. Bu isə təbii ki, sakinlərin narahatlığına səbəb olurdu. Ancaq bu məhsulların bahalaşmasının qarşısının alınması istiqamətində görülən tədbirlər qısa müddət ərzində nəticə verdi. Şəkidə çörək satışında qiymət artmasına rast gəlinməsə də, bu məhsulun çəkisi ilə bağlı narahatlıqlar hələ də eşidilməkdədir. Belə ki, əsasən açıq şəkildə satılan çörəklərin hələ də aşağı çəki ilə satılmasına dair iddialar var. Ancaq çörəkbişirmə müəssisələrində çörəyin çəkisində hər hansı dəyişikliyin olmadığı bildirildi. Sahibkarların sözlərinə görə, bu məsələ ilə bağlı şübhələrə əsas yoxdur. Çörəklər, demək olar ki, standartlara uyğun şəkildə bişirilərək satışa çıxarılır. Standardlara əsasən, 30 qəpiklik çörək 500 qram, 40 qəpiklik çörək isə 700 qramdan aşağı olmamalıdır. Buna əmin olmaq üçün çörəkləri tərəziyə qoyduq. Nəticə isə göz önündədir. Bir sözlə, çəki ilə bağlı iddialar özünü doğrultmur. Çörəyin bişirilməsində tələb olunan standardlarla yanaşı, əlavə vasitələrdən də istifadə olunur. Belə ki, çəkisi 800 qramdan yuxarı olan çörəyin xəmirinə qatılan qara çörəkotu və bu kimi vasitələri buna misal göstərmək olar. Məqsəd müştəri məmnunluğunu qazanmaqdır. Milli.Az