Ağsu aşırımında avtomobillərin hərəkəti çətinləşib

Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu, Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yanvarın 25-də axşam saatlarından başlayaraq bu rayonlara qar yağır. Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı-Qəbələ, Şamaxı-Pirqulu, İsmayıllı-Lahıc yollarının bəzi yerlərində yollar qarla örtülüb, buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.

Rayonların aran hissəsinə 10-15 santimetr, dağlıq ərazisinə isə 20-25 santimetr hündürlüyündə qar yağıb. Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolundakı dolaylarda nəqliyyatın hərəkətinin məhdudlaşmaması üçün ağır texnikalar və yol istismar idarələrinin kollektivi əraziyə cəlb olunub. Gecə səhərədək yolların təmizlənməsi üçün işlər görülüb və proses hazırda da davam edir. Xüsusi təyinatlı avtomobillərlə gün ərzində bir neçə dəfə yola qum, duz və xırda daş səpilir. Dolaylarda yolun hərəkət hissəsi qar və buzdan təmizlənir, avtomobillərin intensiv hərəkəti təmin olunur. Hazırda yoldan çox az sayda istifadə edilir. Ağsu aşırımının bəzi dolayları hərəkət üçün təhlükəli olduğundan sürücülər alternativ olaraq Bakı-Kürdəmir-Ağsu, Ucar-Göyçay yollarına üz tuturlar.

Milli.Az

Длительность: 1:22 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео