Günel Rza Zərrabla sevgisindən və keçmiş nişanlısından danışdı

Müğənni Azəri Günel Zeynalova keçmiş sevgilisi, türkiyəli müğənni Ebru Gündeşin indiki həyat yoldaşı Rza Zərrabdan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində münasibətləri ilə bağlı bunları deyib:

"Eşqin ən yüksəyini yaşadım. Nə yaxşıda ki, yaşamışam. Bunlar insanı böyüdür. Cahil olsaydım indiki kimi danışmazdım. İndi 30 yaşım var. Bunları 23 yaşımda yaşadım, həyatımda çox şey dəyişdi. Hamıya da haqqımı halal etdim. Həyatımdan sildim, hardasa qarşılaşsam "salam" da verərəm. Keçmişimlə yaşasaydım, indiki vəziyyətdə olmazdım.

Biz ayrılandan sonra çox insanlar iki yolda qaldı. Məni gerçəkdən sevənlər yanımda oldu. Bəziləri də oldu ki, məni sevsələr də, məcburən qarşı tərəfin yanında qaldı. Məndən sonra evləndi. Onun ayrılıq xəbərlərini eşidəndə sevinmədim. Mən kiminsə pis halına sevinən deyiləm. Ola bilər ki, o vaxtlar çox pis oldum. O insanla pis şeylər yaşamadım. Hər şeydən əvvəl sevdim və sevildim. Mən hər zaman susacam. Başqa davranış mənə yaraşmaz".

Rza Zərrabdan sonra ikinci dəfə nişanlanan G.Zeynalova türkiyəli nişanlısından ayrılmasından da bəhs edib:

"Bu yaşıma qədər həyatımda iki kişi olub. İkisi də hamıya məlumdur. Xəbərlər yayılır ki, "Onla gəzir, bunla gəzir". Yalandan şər deməyin. Bütün qızlar kimi nişanlılıq yaşamışam. İki insanla da namusumla münasibət qurmuşam. Olmadı, qismət, ayrıldıq. Bundan sonra həyatımda kimsə olsa, deməyəcəm. Hamı ancaq toy günü biləcək".

Milli.Az

Длительность: 6:54 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: müğənni
Пожаловаться

Похожие видео