SOCAR rəsmisi: "O villanı hədiyyə edərəm"

1593 Просмотров

Добавлено: 26.01.2016
Категории: Разное
Тэги: villa , hədiyyə

Azərbaycan Dövlət Neft Şirkətinin əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyev ANS-in studiyasında onun haqqında yayılan xəbərlərə aydınlıq gətirib. - Bütün bu baş verənlərin səbəbi nədir? Ümumiyyətlə mülkün sahibi həqiqətən də sizin həyat yoldaşınız Könül Mehdiyevadır? - Dünəndən etibarən kütləvi informasiya vasitələrində Türkiyədə mənim həyat yoldaşım Könül Mehdiyevanın adından 20 milyon dəyərində 16 villanın alınması ilə əlaqədar məlumatlar yayılır. Bəyan edirəm ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunun heç bir əsası yoxdur. Bu mənə və ailəmə, eləcə də işlədiyim qurumun kollektivinə qarşı işlənilmış çox çirkin bir iftiradır. Əlimdə bunu sübut edə biləcək yetəri qədər əsalarım var. İndi onlardan bəzilərini cəmiyyətin diqqətinə təqdim edəcəm. Məsələn, saytlarda əlavə olaraq mülk sənədi (Tapu sənədi) təqdim olunub. Sənəddə Türkiyədəki bu villalar adətən şəhərciklərdə olur. Bu şəhərcikdə göstərilən 16 villanın birinin yarı payı mənə, yəni həyat yoldaşımın aldığı villadır. Bunun da dəyəri 200 min TL-dir. Bu da dollarla aşağı-yuxarı 60-70 min civarındadır. Məhz kütləvi informasiya vasitələri buna əsaslanaraq 20 milyon dollar dəyərində təqdim ediblər. Bu isə tam yanlış bir fikirdir.