Saatlı sakini Göygöldə öz çirkin niyyətini reallaşdıra bilməyib

450 Просмотров

Добавлено: 26.01.2016
Категории: Разное

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Saatlı rayon sakini 30 yaşlı Nadir Cəfərov saxlanılıb. Cəfərovun Göygölə satış məqsədi ilə qurudulmuş marixuana gətirdiyi məlum olub. O, rayona taksi kimi fəaliyyət göstərən "Mersedes" markalı avtomaşınla gəlib. Polis həmin avtomobilin yük yerinə baxış keçirilib və oradan 1 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. Nadir Cəfərovun Saatlı rayonunda yaşadığı mənzilə də baxış keçirilib. Mənzildən təxminən 4 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Nadir Cəfərov saxlanılan şəxs: "Satmaq üçün gətirmişəm. Narkotik vasitəni tapmışam çöldən, heyvan otaranda. Satmamışam, özüm də istifadə edirəm". Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə istintaq aparılır. Nadir Cəfərov əvvəllər də narkotik vasitələri qanunsuz saxlama, istifadə maddəsi ilə məhkum olunub. Milli.Az