Məktəblilər dərs vaxtını klublarda keçirir

Dərs vaxtı internet klublarda kifayət qədər orta məktəb şagirdlərini görmək mümkündür. Bunu elə bu gün apardığımız müşahidələr də təsdiq etdi. Əməkdaşlarımız bir neçə internet klubda olub və hamısında eyni mənzərə ilə qarşılaşıb. Ekspertlər isə məktəblilərin klublara axınının qarşısını almaq üçün qadağalar qoyulmasının tərəfdarıdır.

Bəziləri komputer oyunları oynayır. Bəziləri isə sosial şəbəkələrdə vaxtını keçirir. bunları edənlər isə məktəbliklərdir. Özü də dərs vaxtı.

Müşahidə apardığımız əksə internet kafedə gördüyümüz mənzərə bundan ibarətdir.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, internet kafelərə nəzarət edən şəxslər də əsas müştərilərinin məktəblilər olduğunu təsdiqləyirlər.

Uşaq hüquqları üzrə ekspert Nazir Quliyev bildirir ki, məktəblilərin internet klublarına axınının qarşısını almaq üçün bəzi məhdudiyyətlər olmalıdır.

Ekspertin digər bir təklifi isə internet klubların məktəblərdən azı 200-300 metr aralıda olmasıdır.

Milli.Az

Длительность: 2:12 Просмотров: 1.8K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео