Polis əməliyyat keçirdi: saxlanılanlar var

569 Просмотров

Добавлено: 26.01.2016
Категории: Разное
Тэги: polis , cinayət işi

Hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçiriblər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, nəticədə yaşadığı evdə odlu silah gizlədən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində yaşadığı evdə odlu silah gizlədən Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş Orxan Hümbətəliyev ifşa edilib. Onun Nərimanov rayonunda yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı mənzildən "TT" markalı tapança və ona aid 6 ədəd patron aşkar edilərək götürülüb. Baş İdarənin əməkdaşlarının keçirdiyi digər əməliyyat sayəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Belə ki, Bakı sakinləri Rövşən Kazımov və Fərid Səfərzadə 1 kiloqramdan artıq marixuananı paytaxt ərazisində 1200 manata satmaq istəyərkən saxlanılıblar. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Milli.Az