Küsülü olduğu Brilliant və Ramalı təriflədi

"ATV maqazin onlarla" verilişində "Həftənin hit mahnısı" rubrikasının qonağı əməkdar artist Abbas Bağırov olub.

Axşam.az-ın məlumatına görə, müğənni xalq artisti Faiq Ağayevin "Asdılar" mahnısını bəyənmədiyini bildirib və onu "hit-parad"dan uzaqlaşdırıb.

A.Bağırov küsülü olduğu müğənni Ramal İsrafilovun ünvanına isə təriflər yağdırıb:

"Ramal İsrafilov istedadlı gəncdir. İstedadlı ailədə böyüyüb. Haqqına danışan insanam. Münasibətim yoxdur, amma həmyerlimlə düşmənçilik etmərəm".

A.Bağırov illərdir küsülü olduğu xalq artisti Brilliant Dadaşovanı da tərifləyib:

"Brilliant xanım gözəl sənətkarımızdır. Dinləyicilərindən biri də mənəm. Onun sənətini qiymətləndirməyə yaşım çatmaz".

Длительность: 7:39 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео