Bu şaxtada dənizdə çimir

1400 Просмотров

Добавлено: 25.01.2016
Категории: Разное
Тэги: dəniz , Saxta

Lənkəran sakini 30 ildir qışda dənizə girir. Lənkəran sakini Qış aylarında hava soyuq olduğundan qalın paltarlar geyinirik ki, xəstələnməyək. Bir çoxları isə “soyuqdur” deyib heç evdən çölə də çıxmır. O, isə bu havada dəniz kənarında idman edir və hətta soyuq suda çimir. Dənizi çoxumuz xoşlasaq da, çimməyə yalnız yayda gedirik. Lənkəranın Kənarmeşə kənd sakini Rameş Mustafayev isə əksinə. Qış aylarında hər gün dəniz kənarında idman edir və elə soyuq suda da çimir. Bu vərdişə 10 yaşından yiyələndiyini və artıq 30 ildir qış fəslini Xəzərin sahillərində keçirdiyini bildirir. Yaşadığı yerdə də hər kəs onu bu qeyri-adi məşğuliyyətinə görə tanıyır.