Hamilə qadın ərini xilas edərkən zəhərləndi

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax rayon sakinləri dəm qazından zəhərləniblər. Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 7, mənzil 93 ünvanında kirayədə yaşayan Rüstəm Niftəli oğlu Nağıyev hamamda olarkən qəfildən huşunu ititrib. Onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ceyhunə Füzuli qızı Yusifova hamama daxil olduqda Rüstəm Nağıyevi yıxılan vəziyyətdə görüb. 3 aylıq hamilə olan qadın buna baxmayaraq yoldaşını xilas etməyə can atıb. O, çətinliklə də olsa həyat yoldaşını dəhlizə çıxara bilib. Bundan sonra Təcili Tibbi Yardım Stansiyasına məlumat verib. Ancaq hamilə qadın həyat yoldaşına kömək edərkən özü də zəhərlənib. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gətirildikdə Ceyhunə Yusifovanın vəziyyəti daha da ağır olub. Hazırda hər iki xəstənin vəziyyəti nəzarətdə saxlanılır.

Milli.Az

Длительность: 1:09 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео