Güzgüdən ötrü Qubadan Ukraynaya getdi

1270 Просмотров

Добавлено: 25.01.2016
Категории: Разное
Тэги: Moskviç , antik maşın

Quba sakini "67 yaşlı" "Moskviç"ini yalnız xüsusi günlərdə sürür. Avtomobilin sahibi İbrahim Hacıyev bildirir ki, antik maşını Bakı kəndlərinin birindən alıb. Aldığı zaman avtomobil nasaz vəziyyətdə olub. Onu yenidən hərəkətə gətirmək İbrahim Hacıyevə heç də asan başa gəlməyib. Maşını yeniləmək üçün bəzi ehtiyat hissələrini hətta Rusiya və Ukraynadan gətirməli olub. Məsələn, maşının salonundakı güzgünü uzun axtarışdan sonra Ukraynanın Poltava şəhərindən əldə etmək mümkün olub. Təmirdən sonra "Moskviç" tamamilə yenilənib və çox diqqətçəkən görkəm alıb.