Qar hamını "tərpətdi"

Bölgələrə intensiv qar yağdı, aidiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçdi

TTV (Region TV) xəbər verir ki, ölkə ərazisində müşahidə edilən soyuq və qarlı hava şəraiti Tovuz rayonunda da özünü göstərməkdədir. Qarın yarada biləcəyi hər hansı bir fəsadın qarşısını almaq məqsədilə adiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçib.

Tovuz rayon ərazisinə ötən gündən yağan qar bu gün səhər saatlarından intensivləşməyə başlayıb. Hazırda rayon daxili yollarda, o cümlədən Bakı-Qazax avtomagistralında nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət yoxdur. Dağ kəndlərində də hərəkətin intensivliyi müşahidə olunur. Səhər saatlarında kənd yolları buz bağlasa da, hazırda bu istiqamətdə hərəkət bərpa olunub. Bununla yanaşı, sürücülər arasında ehtiyat tədbirləri görənlər də az deyil. Qarlı hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində çalışır. Sakinlər qarın yağmasının kənd təsərrüfatına, xüsusilə də əkin sahələrinə müsbət təsir etdiyini deyirlər. Sinoptiklər isə soyuq və qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.

Длительность: 2:02 Просмотров: 3.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Qar Qarlı hava
Пожаловаться

Похожие видео