Azərbaycanda ağaca çırpılan avtomobil yandı - 1

Qaxda ağaca çırpılan minik avtomobili yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün saat 12:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində "VAZ 21015" markalı, 33 BE 715 dövlət nömrə nişanlı minik avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra maşın yanmağa başlayıb. Hadisəni görən kənd sakinləri sürücünü yanan avtomobildən çıxarmağa nail olublar.

Sürücü Qax Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan APA-ya bildirilib ki, zərərçəkmiş cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Длительность: 0:59 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео