Qar Şəkinin yollarını bağladı, işıqsız qoydu

560 Просмотров

Добавлено: 25.01.2016
Категории: Разное
Тэги: Qar , yol

KANAL S (REGİON TV) xəbər verir ki, ötən gündən etibarən Azərbaycanın şimal-qərb bölgəsinə yağmağa başlayan qar bu gün daha da şiddətlənib. Şəkidə bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Qarın yarada biləcəyi problemləri vaxtında aradan qaldırmaq üçün tədbirlərə başlanılıb. Qarın yağması Şəkidə nəqliyyatın hərəkətini çətinləşdirib. Hərəkətin daha çətin olduğu Dodu məhəlləsində qarın təmizlənməsi üçün yollara ağır texnika cəlb olunub. Şəki 15 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, magistral yollarda hazırda vəziyyət normaldır. Qurum əməkdaşları bu gün səhər saatlarından Məmmədəmin Rəsulzadə prospekti, Şəki-Qax və İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yollarının rayon ərazindən keçən hissələrinə cəlb olunublar. Növbəti günlərdə yollarda yarana biləcək problemin qarşısının alınması üçün işlər davam etdirilir. Çayqaraqoyunlu kəndi və digər ucqar yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində müəyyən fasilələr yaşanıb. Günorta saatlarına yaxın həmin nasazlıq aradan qaldırılıb. Milli.Az