Sevda, Gülay və Günaya etiraz - "Onlara əsrlər lazımdı"

1793 Просмотров

Добавлено: 25.01.2016
Категории: Разное

Əməkdar artist Almaz Ələsgərli "10-dan sonra" verilişində qonaq olub. Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, verilişdə illərdi sənətdə olan müğənnilərin arxiv video-görüntüləri nümayiş olunub. Lakin müğənni Gülay Zeynallı, Günay İbrahimli və Sevda Yahyayevanının illər öncə çəkilmiş kliplərinin verilişdə göstərilməsi A.Ələsgərlinin ürəyincə olmayıb: "Ümumiyyətlə o vaxtın müğənnilərindən görüntülər versəydiniz, fərq bilinərdi. Bunlarda fərq heç bilinmir. Yəni reklam üçün bunları verməsinlər. Bir sözlə bu üç müğənnini başa düşmədim. Çünki səhnə fəaliyyətləri elə də çox deyil. Çox az müddətdir ki, efirə çıxıblar. Lap keçmiş müğənnilərimizin arxiv videolarını versəniz, yaxşı olar. Bunlara hələ oxumaq üçün əsrlər lazımdı".