Müəllimin geyimi təhsilin keyfiyyətinə təsir edirmi?

Bu yaxınlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçsının müəllimlərin, xüsusilə də qadın müəllimlərin geyimləri ilə bağlı müəyyən tələblər səsləndirməsi cəmiyyətdə geniş müzakirə mövzusuna çevrildi. Təhsil müəssisələrində çalışan pedaqoqlara vahid geyim forması tətbiq edilməlidirmi?

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Azərbaycanda bir sıra dövlət qurumlarında vahid geyim forması müəyyənləşdirilib. Tibb, nəqliyyat, daxili işlər, vergi, gömrük və digər qurum əməkdaşlarını onların əynindəki geyim formasından asanlıqla tanımaq olar. Amma təhsil müəssisəsində çalışan pedaqoqlarımız istisna hallardan biridir.

Bu məsələdə əsas müzakirə mövzusu isə müəllimlərin geyiminin təhsilin keyfiyyətinə necə təsir etməsidir? O təhsilin ki, millətin gələcəyinin əsasları kimi dəyərləndirilir. Şagirdlərdən söz düşmüşkən, onların məsələyə münasibəti fərqlidir. Təhsil Nazirliyinin əmri ilə 2014-cü ildə təsdiqlənən "Müəllimlərin etik davranış qaydaları"nda müəllimlərin geyim forması ilə bağlı konkret qadağalar nəzərdə tutulmayıb.

Ancaq həmin sənəddə bildirilir ki, müəllim xarici görkəminə, geyiminə xüsusi fikir verməlidir. "Mən dünyada müəllimdən yüksək ad tanımıram". Ümumilli lider Heydər Əliyev tərəfindən müəllimə verilən yüksək qiymət həm də onun bütün keyfiyyət göstəricilərini özündə əks etdirir. Elə bu adın daşıyıcıları da savadı, biliyi ilə yanaşı, geyimləri ilə də cəmiyyətə nümunə olsalar, yaxşıdır.

Milli.Az

Длительность: 3:45 Просмотров: 3.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Müəllim geyim təhsil
Пожаловаться

Похожие видео