Qar yolları bağladı, avtomobillər yolda qaldı, kəndlərlə əlaqə kəsildi

Dünən axşam saatlarından başlayaraq respublika ərazisində qarlı hava hökm sürür. Şimal qərb bölgəsinə yağan qar bir sıra çətinliklərə səbəb olub. Əsasən Şamaxı-Qobustan, Şamaxı-Pirqulu avtomobil yollarında avtomobillərin hərəkəti çətinləşib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Şamaxı rayonu ərazisinə 20 sm, ucqar yaşayış məntəqələrinə isə 30-40 sm qar yağıb. Dağ kəndlərindən olan Qızmeydan, Pirbəhli, Əhmədli, Sis, Qaldarəsi, Dəmirçi və Zarat kəndlərinə gedən yollarda yaranan qar örtüyü səbəbindən kəndlərə gediş-gəlişdə problemlər yaranıb. Kəndə qonaq qismində gedənlər isə geri qayıda bilmir.

Длительность: 1:44 Просмотров: 4.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Qar avtomobil kənd
Пожаловаться

Похожие видео