Sevda Yahyayeva ilin ilk konsertini verdi

Sevda Yahyayeva konsertində Teymur Əmrahla duet oxudu

Tanınmış müğənni Sevda Yahyayeva 2016-nın ilk konsertini paytaxtın tanınmış restoranlarının birində verdi. Uzun müddətdir, konsertə hazırlaşan müğənni 20 mahnı ilə sevənlərinin qarşısında çıxış etdi.

Müğənni canlı orkestrla səhnədə estrada, klassik həm də bəstəkar mahnılarını ifa etdi. Müğənni səhnədə ifasından başqa, görünüşü ilə də diqqət çəkirdi.

Qeyd edək ki, qırmızı rəngli libasını Sevda üçün gənc dizayner Ayla öz atelyesində hazırlayıb. Müğənninin saç düzümü və makiyajı isə Elnur Həsənova məxsusdur. Gecənin ən maraqlı məqamlarından biri isə Sevdanın əməkdar artist Teymur Əmrahla türk dilində duet oxuması idi.

Konsertin təşkilatçısı və aparıcısı isə Aynur Hacıyevadır. Konsertdən görüntüləri təqdim edirik.

Milli.Az

Длительность: 1:44 Просмотров: 4.7K Добавлено: 8 лет назад
Категории: Музыка
Тэги: konsert müğənni
Пожаловаться

Похожие видео