"Efirdə özünü tərbiyəli aparanlar maraqsız gəlir"

Müğənni Əbdül Xalid Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sevilən ifaçı şou-biznesə qalmaqalla gələnlər haqda danışıb: "Şou-biznesdə heç kimə daş atmamışam. Elə şeylərlə, qalmaqallarla gündəmə gəlməmişəm. Amma bilsəydim, sənətə o şəkildə gələrdim elə. Baxıram ki, bu dövrdə normal danışan, efirdə özünü yaxşı, qabiliyyətli, tərbiyəli aparan şəxslər maraqsız gəlir artıq".

Tanınmış müğənni efirə gec-gec çıxmasınıın səbəblərini açıqlayıb: "Məsələn, məni verilişə çağırmırlar ki, gəlib nə danışacaq. Amma o hay-küy, qalmaqal salanlar efir üçün də, tamaşaçı üçün də maraqlıdır".

Sənətçi qızının şəkillərini sosial şəbəkələrdə paylaşmağı sevmədiyini bildirib: "Qızımın şəkillərini sosial şəbəkələrdə paylaşmağı sevmirəm. Göz-nəzərdən qorxuram. Amma bir dəfə özü dedi ki, bu gün mənim ad günümdür, şəklimi paylaş, mən də paylaşdım. Onunla olan şəkilləri paylaşanda "like"larım çoxalır".

Müğənni saçlarının ağarması ilə bağlı sualı da cavablandırıb: "6 aya saçlarım ağardı. Başa düşmürəm ki, necə oldu. Dostlarım da deyirlər ki, bəlkə rəng qoyasan saçlarına. Rəng qoymaq mənlik deyil. Uşaq vaxtı arzum olub ki, cavan yaşlarımda saçlarım ağarsın".

İfaçı yeni yaradıcılıq işləri haqda da məlumat verib: "Yeni mahnım "Gül" adlanır. Xalq mahnısı da ifa edəcəyəm".

Milli.Az

Длительность: 3:24 Просмотров: 4.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: müğənni efir
Пожаловаться

Похожие видео