İki avtomobil toqquşub, yaralı var - FOTO

Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 24-də saat 22 radələrində rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil qarşıdan gedən "QAZel"-ə çırpılıb.

Qəza zamanı "VAZ"-ın sürücüsü, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1990-cı il təvəllüdlü Kamil Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Длительность: 0:54 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: avtomobil yaralı qəza
Пожаловаться

Похожие видео