Su maşını qəza törətdi, yaralılar var

Səhər saat 8 radələrində Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində yol qəzası baş verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqəsindən çıxan "QAZ 53" markalı su maşını əsas yolla Göygöl istiqamətində hərəkət edən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində su maşının sürücüsü, Kəlbəcər sakini Natiq Qurbanov, digər avtomobilin sürücüsü Bakı sakini Yadigar Əhmədov, sərnişin Asəf Amanov xəsarət alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Hadisə zamanı avtomobillərə də xeyli ziyan dəyib. Qəzanın səbəbləri Gəncə şəhər Dövlət Yol Polisi şöbəsində araşdırılır.

Milli.Az

Длительность: 1:05 Просмотров: 3.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео