"Kösəm Sultan" bu səhnəyə görə cərimələndi

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin ali televiziya qurumu olan RTÜK serialı cərimələyib:

Serialın cərimələnmə səbəbi belə açıqlanıb:

"Oğlunun öldürüləcəyini anlayan Halime Sultanın Şahzadə Mustafanı saraydan qaçırdığı, ancaq mühafizəçilər tərəfindən saxlanılaraq zindana atıldığı, 4-5 yaşlı Mustafanın edamı üçün əllərində iplə cəlladların gəldiyi və uşağın anası ilə olan dialoqu faciəvi və dramatik şəkildə təqdim olunub. Tarixdən uzaq olmaqdan əlavə, balaca bir uşağın ailənin ən çox güvənilən yaxın üzvü, böyük qardaşı tərəfindən öldürülmək istənilməsi azyaşlı tamaşaçılara pis təsir edə bilər. Bu səhnədə qoruyucu simvoldan da istifadə edilsə, yayıma icazə verilməməlidir".

Bunu nəzərə alaraq Star TV keçən ayın reklam gəlirlərinin 1 faizi qədər cərimə edilib.

Milli.Az

Длительность: 9:06 Просмотров: 4.7K Добавлено: 8 лет назад
Категории: Фильмы
Пожаловаться

Похожие видео