Aytac Vidadiqızı "Bu şəhərdən get"

1336 Просмотров

Добавлено: 25.01.2016
Категории: Музыка
Тэги: müğənni , klip , mahnı

Müğənni Aytac Vidadiqızı Türkiyədə yeni layihəyə imza atıb. Milli.Az-a açıqlama verən müğənni "Bu şəhərdən get" adlı mahnısına Türkiyədə klip çəkdirib. Bunun üçün o, Türkiyənin məşhur rejissorlarından olan Zafer Karakiraz ilə çalışdığını açıqlayıb: "Artıq yaradıcılığımla əlaqədar bütün işləri məhz Türkiyədə həyata keçirəcəyəm. Onsuz indiyədək bütün mahnılarımın səs yazısı üçün İstanbula gedirdim. Bundan sonra kliplərimi də orada lentə aldıracağam. İlk başladığım şirkət isə "Aybars foto film" oldu. Bəxtimizdən mahnının mövzusuna uyğun olaraq İstanbula qar da yağdı. Bunu da Allahdan bir nişanə kimi qəbul etdim. Klipim montaj işləri isə Elnar Həşimova aiddir". Müğənni Türkiyə şou-biznesinə qatılmaqda iddialı olduğunu da dilə gətirib: "Türkiyə şou-biznesinə qatılacağam. Burada bütün işlərimin menecerliyini həyat yoldaşım görür. Bundan başqa yoldaşımın dayısı Serdar Ortacın meneceridir. Yoldaşım dayısı ilə Türkiyədə şərik musiqi şirkəti açıb. Yəni mənim burada işlərimi görəcək peşəkar komanda var. Bu cəhətdən çox rahatam. Ən əsası isə Allahın verdiyi səs var. Kompüterlə səsi düzəldilən müğənnilərdən deyiləm". Qeyd edək ki, mahnının sözləri və musiqisi müğənninin özünə məxsusdur. Milli.Az