Parisi qana bulayanlar göründülər

"İraq və Şam İslam Dövləti" (İŞİD) Parisdə terror aktları törətmiş terrorçuların əks olunduğu video yayıb.
Onlar bu videoda bir neçə nəfərin başlarını kəsirlər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, video ötən ilin noyabrında Frasnanın paytaxtında törədilmiş terror aktlarından əvvəl çəkilib.
Videoda baş kəsənlərin arasında Bilal Hədfi də var. O, Parisdəki terakt zamanı məhv olunub.
Videoda görünən Əbu əl Kital Fəransi isə Parisdəki "Bataclan" konsert zalında insanları gülləbaran edənlərdən biri idi.
Terrorçular videoda Londondakı Tauer körpüsü və Müqəddəs Pavel kilsəsinin fotolarının fonunda "kafirlər"i hədələyir və deyirlər: "İstənilən zaman, istənilən yerdə zərbə endirməyə hazırıq".
Videoda Britaniyanın İcmalar Palatasınıns pikeri Con Berkounun da siması göstərilib. O, nişangahdadır.
Sonda terrorçular "kafir"ləri, habelə Britaniyanın baş naziri Devid Kemeronu hədələyirlər.
Bu görüntülərin terrorçuların Franyasa yollanaraq qanlı teraktları törətməzdən əvvəl çəkildiyi son video olduğu güman olunur.
Ötən ilin noyabrın 130-də Parisdə bir neçə terakt törədilmiş, 130 nəfər həlak olmuş, 358 nəfər yaralanmışdı.
Milli.Az

Длительность: 2:25 Просмотров: 5.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео