"Kasıbın malına göz dikdiyimə görə peşmanam" - Avtomobil oğrusu

319 Просмотров

Добавлено: 25.01.2016
Категории: Разное
Тэги: oğru , maşın oğrusu

Peşəsi avtomobil təmir etmək olsa da, qazanc əldə etmək üçün başqa yol seçdi: avtomobil oğurlamaq. Bakıda 34 yaşlı Azad Dəmirov əliəyriliyə 2014-cü ildən başlasa da, qoluna qandal hələ indi taxılıb. İki il öncə maşın oğurlayan Azad peşəsindən yararlanıb, maşına dəyişiklik edərək satıb. Milli.Az Region TV-yə istinadən xəbər verir ki, sonradan Mahir və Tahir Atakişiyevlərlə tanış olaraq yenidən oğurluğa başlayıb. Yasamal rayonu 2-ci Alatava adlanan ərazidə ümumilikdə üç maşın qaçıraraq satıblar. Atakişiyevlər ötən ilin oktyabrında Xəzər polisi tərəfindən həbs ediliblər. Azad Dəmirovu isə Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşları zərərsizləşdirib. Saxlanılan şəxs: "Gördüm ki, bir dənə ağ "07" var, onu götürdüm, elə də başladım bu işə, sonra peşman oldum. 2015-ci ilin axırlarında Tahir adlı şəxslə tanış oldum. Ona təklif elədim ki, belə asan yolla pul qazanmaq olar. Kasıbın malına göz dikdiyimə görə peşmanam. Kimin ağlı varsa, balalarının gözünü yaşlı qoymasın. "Srok"u biz yox, çöldəkilər çəkir". Azad Dəmirov qaçırdığı avtomobilləri yaşadığı Müşviqabad qəsəbəsinə icarəyə götürdüyü sexdə gizlədib, oradaca texniki kodlarına dəyişikliklər edirmiş. O, Yusif Nuriyevə məxsus "Tofaş"markalı maşını 1300 manata, "VAZ 2106"-nı isə 1500 manata satıb. Milli.Az