Qurd dolu su bütün şəhəri başına götürüb

Uralda, Sverdlovsk vilayətinin Tavda şəhərində sakinlər şikayətlənirlər ki, onların evlərinə gələn suyun içində qurdlar var.

Bu barədə "Current Time TV"nin müxbiri xəbər verir. Suyun içindəki ağ və nazik qurdlar adamlar üçün təhlükəlidir, ya yox, bu, hələ bəlli deyil.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, suda qurd olması ilə bağlı ilk məlumat yanvarın 20-dən yayılmağa başlayıb. Əvvəlcə sakinlər ona diqqət ediblər ki, suyun təzyiqi zəifdir, kranı sökəndə görüblər ki, orda qurd yığılıb. Qurdla dolu su bütün şəhəri götürüb: yaşayış məntəqələrində, məktəblərdə, xəstəxana və uşaq bağçalarında.

XƏBƏRDARLIQ: SUYU FİLTRDƏN KEÇİRİN

Tavda şəhər dairəsinin administrasiyası özünün rəsmi saytında əhalini "içməli suda yad ünsürlərin aşkarlanması" ilə bağlı xəbərdar edib. Saytda xahiş olunur ki, sakinlər krandan gələn suyu təmizləməmiş işlətməsinlər. Bunun üçün sakinlərə suyu tənzifdən, sadə kömür və kağız filtrdən keçirmək təklif olunur.

Məmurlar bildirirlər ki, içməli suyun təmizlənməsi üçün tədbirlər həyata keçirilir.

QURDLARDAN ŞİKAYƏTLƏNMƏK OLMAZMIŞ

urfo.org yazır ki, "V kontakte" sosial şəbəkəsində suda qurd olmasından şikayət edən sakinlərin statusları, istisna deyil ki, şəhər administrasiyasının tələbi ilə silinib.

Tavda şəhərində 35 minə qədər adam yaşayır.

Sovet dövründə şəhər Uralda iri ağac emalı müəssisələrinə sahib olub.

İndi şəhərdə bəzi müəssisələr ləğv edilib, ancaq Tavda faner kombinatı işləyir.
Milli.Az

Длительность: 1:07 Просмотров: 5.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Qurd su
Пожаловаться

Похожие видео