Bazarda qiymətlər düşə bilər

Manatın devalvasiyasından sonra müəyyən məhsullarda qiymətlər yüksəldi. Bəziləri təbii olaraq, bəziləri isə süni şəkildə. Mövcud vəziyyətdən çıxış üçün hökumət tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirildi. Ekspertlər hesab edir ki, həmin tədbirlər nəticəsində qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırmaq olar.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, daxili bazarda istehlak məhsullarının qiymətini tənzimləmək üçün bir sıra tədbirlər görülməyə başladı. Bunun üçün ilk növbədə idxalda mövcud bəzi problemləri aradan qaldırmaq lazım idi. Elə ona görə də idxalın liberallaşdırılması haqqında tapşırıq verildi.

Qiymətlərin enməsi üçün yerli istehsalın gücləndirilməsi də vacibdir. Xüsusilə aqrar sahədə istehsalın artırılması ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Təsadüfi deyil ki, sahibkarlığa kömək milli fondu tərəfindən 250 milyon kredit ayrılıb. Həmin kreditlərin 80 faizindən çoxunun aqrar sahə üçün nəzərdə tutulub.

Qiymətlərin birdən-birə enməsini gözləmək iqtisadi cəhətdən mümkün deyil. Bunun üçün müəyyən zaman tələb edilir.
Milli.Az

Длительность: 1:31 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео