Azərbaycanda dollarlaşma səngiyib

458 Просмотров

Добавлено: 25.01.2016
Категории: Разное
Тэги: dollar , manat , kredit

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, bu yaxınlarda Milli Məclisdə "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" qanunlara edilən dəyişikliklər, "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsi vətəndaşların vəsaitlərinin dövlət tərəfindən qorunmasına, sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşmasına yönəlib. Devalvasiyadan sonra yaranmış ajiotaj bir müddət dollara meylliliyi artırsa da, aparılan islahatlar milli valyutamızına etimadı bərpa edir. Milli valyutanın sabit saxlanması təkcə hökumətdən asılı deyil. Bank sektoru da əmanət və kreditləşmədə manata üstünlük verməli, əməliyyatları manatla aparmalıdır. Bununla, milli valyutamız öz möhkəm mövqeyini tezlikdə bərpa edə bilər. Milli.Az