Yükdaşıma zamanı dəyən ziyanı kim ödəməlidir?

Son vaxtlar ev və ofislərin köçürüşməsi zamanı yükləri daşımaq üçün xüsusi firmalar peyda olub. Onların xidmətindən istifadə üçün bir zəng yetər. Özü də bu xidmət rəsmi sənəd imzalanaraq həyata keçirilir. Ancaq heç də hamı yükünü belə firmalarla daşımır. Bu məqsədlə hər hansı bir yük maşınını və bir neçə fəhləni tutub işlədənlər də var. Bəs bu zamanı sınan və ya itən əşyaların məsuliyyətini kim daşıyır?

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, bir zənglə yüklər yığılır, istənilən ünvana daşınılır. Son zamanlar ev və ofis köçlərini yük daşıma firmaları həyata keçirir.

Sirafişçi zəng edib danışır, xidmət və ödənişdə razılığa gəldikdən sonra müqavilə bağlanır. Firmalar daşınacaq yükün məsuliyyətini bu sənədlə üzərinə götürür.

Ancaq adi yük maşınları ilə yük daşıtdıranlar da az deyil. Firmalardan fərqli olaraq bunlar sifarişçi ilə yüklərin daşınma ilə bağlı hər hansı bir rəsmi sənəd imzalamır. Əməkdaşlıq şifahi sövdələşmə ilə həyata keçirilir.

Firmadan daha ucuz başa gələn bu xidmətin qiyməti məsafədən və daşınacaq yükdən asılı olur.

Sövdələşmə şifahi olduğundan yükdaşıma zamanı dəyən ziyanın taleyi də mübahisə doğura bilər.

Mütəxəssislərin fikrincə mübahisə baş verməməsi üçün tərəflər arasında mütləq yazılı razılaşma olmalıdır. Əks halda məsuliyyət daşıyıcısını müəyyən etmək çətin ola bilər.

Milli.Az

Длительность: 2:13 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Yükdaşıma ziyan
Пожаловаться

Похожие видео