Qadın sürücü soyğunçuları peşman etdi

Əliyalın ana silahlı avtomobil oğrularını zərərsizləşdirdi. Milli.Az xəzərxəbər-ə istinadən bildirir ki, qəribə hadisə ABŞ-ın Florida ştatında baş verib. Yanacaq məntəqəsində avtomobil oğurlamaq istəyən 3 nəfər, qadın sürücünün cəsur müqaviməti ilə üzləşib.

Qadın sürücü onun avtomobilini oğurlamağa təşəbbüs edənlərlə dalaşıb. Heyleh qəsəbəsində 3 oğru yanacaqdoldurma məntəqəsində onun avtomobilini oğurlamaq istəyib. Həmin vaxt avtomobilinə yanacaq dolduran sahibi onlara mane olub. 2 uşağının da arxa oturacaqda olması qadını özündən çıxarıb. Cəsur ana qapını açaraq əvvəlcə sükan arxasına əyləşmiş oğrunu dartaraq çölə atıb. Bunu görən digər oğrular aradan çıxıblar. Ancaq dərhal xəbər verilən polislər oğruları tutmağa müvəffəq olublar.

Длительность: 0:56 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео